IQNA

Video | Pakistanlı Qarinin İslam ümmətinin üstünlüyü haqqında qiraəti

Vəhdət həftəsi günlərində, beynəlxalq Qarilər, "İQNA"-nın təşəbbüsü ilə keçirilən "Bədrud-Duca" adlı Quran layihəsində iştirak edərək, bu medianın Quransevər dinləyicilərinə Quran ayələrindən xoş qiraətlər təqdim ediblər.

"İQNA"-nın verdiyi xəbərə əsasən, bu videoda Pakistanlı Qari və Quran Hafizi Abdula Xalid, İslam ümmətinin üstünlüyü haqqında Ali-İmran surəsinin 110 və 111-ci ayələrini qiraət edib.

110 - (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız34. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.

111 - Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.

kod

Ali-İmran surəsinin 110-cu ayəsində əmr be məruf, nəhy əz münkər və Allaha iman gətirmək məsələsi bəyan edilib. Bu ayədə əmr be məruf və nəhy əz münkər ictimai bir vəzifə kimi qeyd edilir. Maraqlıdır ki, bu ayədə müsəlmanlar, insan cəmiyyətinə xidmət etmək üçün səfərbər edilmiş "ən yaxşı millət" kimi təqdim edilir. Onların ən yaxşı ümmət olmalarının səbəbi, "əmr be məruf, nəhy əz münkər və Allaha iman gətirmələri"dir.

Ali-İmran surəsinin 111-ci ayəsi də müsəlmanlar üçün müjdə və təsəllidir. İman, birlik və yaxşılığa əmr etməyin kölgəsində sığortalanırsınız. Düşmənin hədələrindən qorxmayın, çünki qələbə sizinlədir, düşmən isə xar və zəlildir.

4008866